“Qarabağdakı müharibəni Azərbaycan QAZANMADI, nəticəni heç-heçə hesab etmək olar” – Rusiyalı ekspert

Bu fikri rusiyalı hərbi ekspert, Rusiya Raket və Artilleriya Elmləri Akademiyası sədrinin müavini Konstantin Sivkov Yerevanda olarkən səsləndirib

Qarabağdakı 44 günlük müharibənin nəticələrini hərbi heç-heçə adlandırmaq olar”.

Zafer Tv xəbər verir ki, bu fikri rusiyalı hərbi ekspert, Rusiya Raket və Artilleriya Elmləri Akademiyası sədrinin müavini Konstantin Sivkov Yerevanda olarkən səsləndirib.

Sivkov döyüşlərin həm silah, həm texnika, həm də şəxsi heyət baxımından Azərbaycan ordusunun ümumi üstünlüyü şəraitində keçdiyini xatırladıb. O, həmçinin Azərbaycan ordusunun güclü tərəflərini ümumi əməliyyat-strateji kəşfiyyatın idarəetmə sistemindəki üstünlüyü kimi qiymətləndirib.

“Bununla belə, dağ silsiləsindəki Azərbaycan ordusu gündə bir kilometrdən çox irəliləmədi və bir ay ərzində cəmi 30-40 kilometr məsafə qət etdi. Həm də nəzərə alınmalıdır ki, cənub-şərq və şimal-şərq istiqamətlərindəki ilk iki əsas zərbə erməni qüvvələrinin müdafiə zonasında yarılmaya gətirib çıxarmadı və bu səbəbdən də Azərbaycanın qələbə qazandığını, Ermənistanın məğlub olduğunu söyləmək mümkün deyil. Müharibənin nəticəsi ən azı hərbi heç-heçənin olduğunu göstərir”, – Sivkov bildirib.