“Rossiya Seqodnya” və RT telekanalının baş redaktoru Marqarita Simonyan öz Facebook səhifəsində uşaqları – 8 yaşlı Maryana və 7 yaşlı Baqratın erməni millətçi mahnısı olan “Zartnir, lao!”nu (“Oyan, oğlum!”) öyrədib.
Zafer Tv xəbər verir ki, videonun alt hissəsində Simonyan “Ermənistandakı bu günkü seçkilərə həsr olunur” sözlərini yazıb.
Ən paradoksal olanı budur ki, Simonyan təkcə erməniləri türklərə qarşı döyüşməyə və öldürməyə çağrıldığı bir faşist mahnısını təkrarlamaqla kifayətlənmir, eyni zamanda terrorçu-daşnak Arabonun (Arakel Mxitaryan) imicini tərifləyir, öz uşaqlarını etnik düşmənçilik ruhunda böyüdür, bütün erməni uşaqlarını etnik zəmində mübarizə aparmağa çağırır.