Kəlbəcərdə Şəhid Olan Fərman Yaqublu Ilə Vida Mərasimi Keçirilir – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin ötən gün şəhid olan giziri Fərman Yaqublunun nəşi Beyləqan rayon Qəhrəmanlı qəsəbəsinə gətirilərək, ailəsinə təhvil verilib.

Zafer Tv Trend-ə istinadən xəbər verir ki, vida mərasimində xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin üzvləri, şəhidin yaxınları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Yaqublu Fərman Telman oğlu ötən gün Kəlbəcərdə düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olub.