Şəhidimiz Xəyal Balakişiyevin adına oxuduğu məktəbin qarşısında qoyulan barelyefin açılışı olub

Şəhid Xəyal Müseyib oğlu Balakişiyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə oxuduğu Yasamal rayonu 175 saylı orta məktəbin qarşısında hazırlanmış barelyefin açılış mərasimi keçirilib.

O, aprel döyüşlərində də iştirak edib və Vətən müharibəsinə könüllü olaraq qatılıb.

Füzuli, Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

25 oktyrabr 2020-ci il Füzulinin Yuxarı Veysəlli kəndində ürəyindən güllə alması nəticəsində şəhid olub, II Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif edilib.