“Marsel” – “Qarabağ” oyununu 20 min azarkeş izləyəcək

Qarabağ”ın Fransada “Marsel”ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu tribunadan təxminən 20 min azarkeş izləyəcək.

“Report” “Laprovence” nəşrinə istinadən xəbər verir ki, qarşılaşma üçün fevralın 14-dək 15 min bilet satılıb.

Nəşr bilet satışının azlığını məktəblərdə tətillərin başlaması, qarşılaşmanın pulsuz yayımı və elə də tanınmayan kluba qarşı matçda biletlərin həddindən artıq baha olması ilə əlaqələndirib.

Qeyd edək ki, fevralın 17-də “Velodrom” stadionunda oynanılacaq “Marsel” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Stadion 67 min azarkeş tutumuna malikdir.