Belarus ordusu da Ukraynaya hücuma keçib

Bu gün səhər saat 5-də Ukraynanın Rusiya və Belarusla dövlət sərhədi Belarusun dəstəklədiyi rus qoşunları tərəfindən hücuma məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Sərhəd birləşmələrinə, sərhəd dəstələrinə və buraxılış məntəqələrinə hücumlar artilleriya, ağır texnika və atıcı silahlardan istifadə etməklə həyata keçirilir”, – məlumatda qeyd olunub.