Cənubi Koreyada iki təlim təyyarəsi havada toqquşdu

Cənubi Koreyada iki təlim təyyarəsi havada toqquşub.

Axar.az xəbər verir ki, bu barədə “Yonxap” agentliyi məlumat yayıb.

Məlumata görə, toqquşma nəticəsində üç pilot həlak olub, bir nəfər ağır xəsarətlərlə xilas edilib.

Toqquşmadan sonra təyyarələr düyü sahəsinə düşüb.

Hadisə yerinə 30-dan çox təcili tibbi yardım və yanğınsöndürən göndərilib.