Belarus Ukraynadakı müharibəyə qoşula bilər

Prezident Volodimir Zelenski Belarusun Ukraynaya qarşı müharibəyə girməsi ehtimalını şərh edib.

Bu barədə o, yerli jurnalistlərə müsahibəsində danışıb.

“Özünü Belarusun lideri elan edən Aleksandr Lukaşenko etimadsızlıq göstərib. Təəssüf ki, dövlətlərimiz arasında vəziyyət gərgindir və bizə raketlər həmin ölkədən uçur. Onun müharibəyə girməyəcəyi fakt deyil, müharibə bitməyib. Belarus xalqı Ukrayna ilə müharibənin əleyhinədir”, – deyə Prezident Zelenski bildirib.