Bakıda gözəllik salonunda qadının pulqabısı oğurlanıb

Bakıda gözəllik salonunda qadının pulqabısı oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə aprelin 12-də M.Seyidov küçəsində yerləşən gözəllik salonlarının birində paytaxt sakini olan qadının içərisində 1 000 manatı və 200 ABŞ dolları olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.