“Uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər” – Nazirlik rəsmisi

“Qanuna əsasən orta məktəblərə qəbul 6-7 yaşda başlayır. Bəziləri uşaqlarını məktəbə gec qoymaq istəyir, amma bu düzgün yanaşma deyil”.

Bununla bağlı Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda məlumat verib. O, şagirdlərin dərs yükünün ağırlığı ilə bağlı sualları da cavablandırıb:

“Əslində orta məktəblərdə tədris proqramı ağır deyil. Sadəcə bir qrup müəllimlər var ki, onlar uşaqların akademik yüklənməsini daha yaxşı öyrənməsinə vasitə kimi baxırlar. Ona görə də uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər. Hesab edirəm ki, həmin müəllimlərlə iş aparılmalıdır. 45 dəqiqə dərsi tam öyrənmək üçün kifayət qədər uyğundur. Şagird hətta oynaya-oynaya qəliz tapşırığı qavraya bilər. Müəllim metodikanı yaxşı quranda, tapşırıqları düz seçəndə uşaq çox rahat, sevə-sevə öyrənir. Uşaqların dərs yükünün optimallaşdırılmasını həyata keçirmək üçün bəzi müəllimlərlə işləməliyik”.