Bütün günü Zelenskiyə zəng etdim, yalvardım…

Bu konflikt başlayan kimi mən bütün günü Zelenskiyə zəng etdim və ondan xahiş etdim, dedim: “Volodya, xahiş edirəm, danışıqlar masasına otur. Bu artıq sizin üçün heç yaxşı deyil. Ünsiyyət qur, istənilən sülh həmişə ən yaxşı müharibədən daha yaxşıdır”.

Axar.az xəbər verir ki, bu sözləri belarus lideri Aleksandr Lukaşenko “Frans Press” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, bundan sonra Belarusda Rusiya ilə Ukrayna arasında bir neçə çox uğurlu danışıqlar raundu keçirilib:

“Ancaq Qərb – ABŞ və Britaniya Ukraynaya danışıqları davam etdirməyi qadağan elədi”.