Xerson ruslardan azad edildikdən sonra Ukrayna ordusunun Krıma daxil olacağı ehtimal edilir.
Bu fikri hərbi ekspert Oleq Jdanov deyib.
Onun sözlərinə görə, bunun üçün çoxlu qüvvələr tələb olunacaq – Ukrayna qoşunlarının bir hissəsi şərqə, digər bölmələr isə yarımadaya gedə bilər:
“Əsgərlərin sayı o qədər də çox deyil. Amma qruplaşmanı iki istiqamətə bölmək məcburiyyətindəyiksə – qüvvələrin bir hissəsi Krıma daxil olsa, digəri Donetsk vilayətindən rus qoşunlarının hücumunu dayandırmalı olacaq”.