NATO: Dönüş nöqtəsinə yaxınlaşırıq!

Ukraynada müharibə dönüş nöqtəsinə yaxınlaşır, Rusiyanın hücumunun Donbasda yavaşladığını görürük.

Bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.

“Görürük ki, ukraynalılar güclü cavab zərbəsi ilə torpaqlarının bir qismini azad edir”, – deyə o bildirib.

Eyni zamanda, baş katib Ukrayna və onun tərəfdarlarını qarşıdakı aylarda sərt qışla qarşılaşacağı ilə bağlı xəbərdarlıq edib.