Peskov Putini təhqir edən Baydenə cavab verdi

“ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı bəyanatları biabırçı və utancvericidir”.

Bu açıqlama ilə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

D.Peskov əlavə edib ki, bu bəyanatlar Rusiya prezidentinin nüfuzuna hər hansı zərər vura bilməz.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden San-Fransiskoda qapalı seçki kampaniyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putini təhqir edib.\\oxu.az\\