Deputatdan MARAQLI TƏKLİF: Ağdam stadionuna Qurban Qurbanovun adı verilsin

Deputat Fazil Mustafa Ağdamda tikiləcək stadionla bağlı çox maraqlı təklif irəli sürüb.

Zafer Tv Musavat.com-a istinadən xəbər verir ki, o, Ağdam stadionuna Qurban Qurbanovun adının verilməsini təklif edib.

Deputat bildirib ki, dünyada belə nümunələr var, həmçinin qardaş Türkiyədə. Məsələn, Fateh Terim adına, Şenol Günəş adına stadionlar mövcuddur.

F.Mustafa “Qarabağ” Futbol Klubunun böyük uğurlara məhz Qurban Qurbanovun rəhbərliyi ilə nail olduğunu söyləyib.

Deputat onu da təəssüflə vurğulayıb ki, bu gün dünya arenasında böyük uğurlar qazanan yeganə klubumuz “Qarabağ”dır, başqası yoxdur.