Türkiyədə neft quyusunda DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralanan var

Türkiyənin Diyarbakır şəhərində neft quyusunda partlayış olub.

Zafer Tv Musavat.com-a istinadən xəbər verir ki, qazma işləri zamanı qazın sıxılması nəticəsində yaranan partlayışdan sonra yanğın baş verib.

Partlayış nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qeyd olunub ki, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb.

Nəticədə daha 3 nəfər xəsarət alıb.