Araik Xocavənd şəhərimizdə qoz əkdirir, binalar tikdirir…-FOTOLAR

Son 30 il ərzində Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış  və Rusiya hərbi kontingentinin himayəsi altında  hələ də fəaliyyət göstərən separatçı-terrorçu erməni rejiminin tör-töküntülərininn başçısı Araik Arutyunyan  dünən – 30 may tarixində Xocavənd rayon mərkəzinə gedib və şəhərdə aparılan inşaat işləri ilə tanış olub.

Zafer Tv Moderator.az-a istinadən xəbər  verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.

Məlumata görə, Araik öncə iki il ərzində «Ferzit Construction”  şirkəti tərəfindən 116 üçotaqlı mənzildən ibarət dörd beşmərtəbəli binanın inşa ediləcəyi yaşayış mikrorayonuna baş çəkib.

Tikinti şirkəti rəhbərinin sözlərinə görə, “binaların zirzəmisi olacaq, uşaq meydançaları, parkinqlər tikiləcək, bitişik ərazi abadlaşdırılacaq. Tikinti ilə yanaşı,  Xocavənddəki köhnə hovuz-çimərlik də  təmir ediləcək”.

A.Arutyunyan “şəhərə sabit bir enerji təchizatı təmin edən yeni bir hava elektrik xəttinin mövcudluğunu nəzərə alaraq, qısa müddətdə Martuni küçələrinin gecə işıqlandırılmasını tam təmin edilməsini tapşırıb”. Separatçı rəhbərin digər bir göstərişinə görə, “bütün qəzalı evlər söküləcək və sakinlər üçün tez tikilən yığma evlər tikiləcək”.

Səfər çərçivəsində A.Arutyunyan Azərbaycana qarşı 44 günlük  müharibədə gəbərmiş və ölümündən sonra yüksək “dövlət” mükafatlarına layiq görülmüş əsgərlərin yaxınları ilə görüşüb və onlara mükafatları təqdim edib. O, rejimin daim belə aillələrin arxasında duracağını bildirib.

Araik  Xocalı yaxınlarında bir müddət əvvəl əkilmiş qoz bağını da ziyarət edib.