“Bu məsələ ABŞ-Rusiya münasibətlərinə təsir edəcək” – Rəsmi Moskvadan AÇIQLAMA

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov kiber hücumlarla bağlı ABŞ-a müraciət etdiklərini, lakin cavab ala bilmədiklərini deyib.
Zafer Tv sputnik-ə istinadən xəbər verir ki, S.Raybkov, Moskvanın Rusiyadakı dövlət quruluşlarına və sistemlərinə edilən kiberhücumlarla əlaqədar ABŞ-a 40-dan çox məktub göndərdiyini, lakin müraciətlərinə demək olar ki, cavab verilmədiyini söyləyib.
Kiber hücum məsələsinin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasındakı Cenevrə sammitində də gündəmə gəldiyini söyləyən Ryabkov, Voronej bölgəsindəki sağlıq sisteminə qarşı açıq bir kiber hücumdan bəhs etdiklərini, ancaq bu məsələyə ABŞ-dan cavab almadıqlarını qeyd edib.
Belə bir yanaşmanı qəbuledilməz kimi xarakterizə edən Ryabkov, “ABŞ hər hansısa şəkildə bütün şikayətlərinə cavab verməli olduğumuzu düşünür, lakin onlar bizim şikayətlərimizə cavab vermirlər” deyə, bildirib.

Nazir müavini bu yanaşmanın Rusiya-ABŞ münasibətlərinin irəliləməsinə mane olacağını diqqətə çatdırıb. /sfera.az/