Ukraynanın 52 obyekti məhv edildi

Rusiya Hava Kosmik Qüvvələri S-300 hava hücumundan müdafiə kompleksi də daxil olmaqla, son sutkada Ukraynanın 52 obyektini məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.

“Gecə ərzində operativ-taktiki və pilotsuz aviasiya vasitəsilə Ukraynanın 52 obyekti vurulub. Onların arasında 4 komanda məntəqəsi, İzyum rayonunda 1 S-300 zenit-raket kompleksi, Kuraxova rayonunda 1 “Buk” sistemi, 2 reaktiv yaylım atəş sistemi, 1 sursat və raket-artilleriya anbarı, 2 yanacaq-sürtkü materialları anbarı və 38 dayaq məntəqəsi və hərbi texnikaların yığıldığı rayonlar var”, – Konaşenkov bildirib.