Bakıda çimərliyi insanların üzünə bağladılar – FOTO

Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb.

Zafer Tv xəbər verir ki, sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsində “Daçnikov” çimərliyinə gedən giriş vətəndaşlar üçün hasarlanıb.

Belə ki, çimərliyə giriş yol dəmir arakəsmə ilə bağlanıb. Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.

Məsələyə aydınlıq gətirmək üçün Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, bu məsələ araşdırılacaq. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək.