Bu il 40 min hektardan çox ərazi minadan təmizlənəcək

“Bu il minalardan təmizlənən ərazilərin əhatə dairəsi 2 dəfədən çox artırılacaq”.

Bunu baş nazir Əli Əsədov Milli Məclisdə 2021-ci ildə görülən işlər haqqında hesabatı təqdim edərkən deyib.

Baş nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi 2022-ci ildə sürətləndiriləcək:

“Bu il 40 min hektardan çox ərazinin minalardan təmizlənməsi gözlənilir”.