Eyvazov rəisi təqaüdə göndərib

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Zafertv.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi, polis polkovniki Gündüz Sadıxov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.