Rus ordusu 3-4 gün sonra yeni hücuma keçəcək

Rus ordusu bölgəyə texnika və canlı qüvvə toplamağa davam edir. Təxminən 3-4 gündən sonra hücuma keçməyə çalışacaqlar, lakin Ukrayna hərbçiləri onlara cavab verməyə hazırdır.

Bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

Qayday əlavə edib ki, bu gün rus ordusu Popasnaya “Qrad” və aviasiya ilə hücumu davam etdiriblər, ona görə də təxliyə düşmən toplarının gurultusu altında baş verir.