“Biz neft və qaza görə Azərbaycandan asılıyıq” – Zurabişvili

“NATO və ya Avropa Birliyinin nəzarəti, himayəsi altında deyilik, bizim də işğal olunmuş ərazilərimiz var, amma Rusiyadan enerji asılılığımız kifayət qədər aşağıdır. Biz qaz və neft baxımından əsasən Azərbaycandan, elektrik enerjisi baxımından isə Türkiyədən asılıyıq”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Fransanın “Paris Match” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstanın Rusiyaya müqavimət göstərmək qabiliyyəti var: “Bizim müəyyən müqavimət imkanlarımız var, lakin Rusiya sərhəddədir, onun cənub hissəsində çox mühüm hərbi bazaları var. İşğal olunmuş ərazilərdə və Gürcüstanın cənubunda, Ermənistan ərazisində böyük hərbi bazalar var. İnsanlar düşə biləcəyimiz vəziyyətdən xəbərdar olsalar belə, həddindən artıq narahatlıq hiss etmirik. Amma bu, Ukrayna ilə həmrəyliyi və ya Avropa İttifaqına daxil olmaq əzmini dəyişmir. Biz faktiki olaraq mövcud olan bütün imperiyalar tərəfindən fəth edilmişik. Rusiya iki əsrdə dörd dəfə Gürcüstanı işğal edib”.