Ruslar ukraynalı hərbçiləri əsir götürdü

Rusiya xüsusi təyinatlıları rus əsgərlərinə işgəncə verilməsində iştirak edən ukraynalı hərbçiləri əsir götürüb.

Bu barədə Rusiya Dövlət Dumasının Vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklər məsələləri üzrə komitəsinin sədr müavini Vladimir Şamanov bildirib.

Əsir götürüldükləri deyilən Ukrayna vətəndaşlarının “Çilli” ləqəbli Sergey Veliçko və yerli “Metalist” futbol klubunun azarkeş qrupundan olan Konstantin Nemiçev olduğu bildirilir.