Paşinyandan şok iddia: “500-600 Azərbaycan hərbçisi…”

“Hazırda müxtəlif sərhəd bölgələrində – Ermənistan ərazisində ümumilikdə 500-600 Azərbaycan hərbçisi var”.

Zafer Tv Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Sünik və Geqarkunikdəki (Zəngəzur və Göyçə) Ermənistan-Azərbaycan sərhədindəki əməliyyat vəziyyəti dəyişməyib – gərgin olaraq qalır.

“Hələ də burada xeyli sayda Azərbaycan əsgəri var. Təxminən 500-600 nəfər. Bu, müxtəlif bölgələri əhatə edir”, – Paşinyan bildirib.