Yunanıstandan məkrli açıqlama – AZƏRBAYCANI İTTİHAM ETDİ

Yunanıstan növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib.Zafer Tv

Zafer Tv Teleqraf.com-a istinadən xəbər verir ki, qərəz Yunanıstan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada ifadə edilib.

Açıqlamada Yunanıstanın Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən “narahatlığı” diqqətə çatdırılıb.

“Ermənistanla sərhəddəki gərginlik ciddi narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünə hörmət edilməlidir. Regional sülh və sabitliyi təhdid edə biləcək addımlardan qaçmaq lazımdır”, – açıqlamada qeyd edilib.