“Reket jurnalistikası”nın çiçəklənməsinə şərait yaradan amillər…

Təkcə şəhid anasından pul alan “jurnalist”lərlə mübarizə aparmaq lazım deyil. Bu heç nəyi dəyişməyəcək. Şəhid ailəsindən pul istəyən aparıcının üzr istəməsi gələcəkdə bu cür halların başqaları tərəfindən təkrarlanmayacağına zəmanət vermir. Çünki yalnız nəticələrlə mübarizə aparmaq lazımi effekt vermir.

Jurnalist obrazına bürünmüş hansısa manqurtların şəhid anasından pul tələb etməsini şübhəsiz ki, qınamalıyıq. Bu mənəviyyatsızlıqdır.

Lakin eyni zamanda bu mənəviyyatsızlığa gətirib çıxaran, bu eybəcərliklərin cəmiyyətdə geniş yayılmasına rəvac verən səbəblərə qarşı da mübarizə aparılmalıdır. “Reket jurnalistikası”nın çiçəklənməsinə şərait yaradan amillər aradan qaldırılmalıdır. Ümumiyyətlə, mətbuata münasibət dəyişməlidir.

Bəybala Mirzəyev