Ağdamda məktəbli qız intihar etdi

Ağdamda 17 yaşlı qız intihar edib.

Hadisə rayonun Üçoğlan kəndində baş verib.

Kənd sakini 2005-ci il təvəllüdlü Gültac Oruc qızı Əhmədova yaşadığı evdə özünü asaraq intihar edib. G.Əhmədova Ağdam rayon Bəxtiyar Musayev adına Üçoğlan kənd tam orta məktəbinin 11-ci sinifində oxuyub.

Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır