ABŞ: Rusya saxta referendum keçirəcək!

Rusiya bu həftənin sonuna kimi Ukraynanın işğal etdiyi ərazilərində “referendum” keçirə bilər.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Rusiya hakimiyyəti rəsmi şəxslərə saxta referendumun keçirilməsi üçün tapşırıq verib. Bu həftənin sonuna qədər Rusiyanın ilk “referendum”u elan edəcəyini görə bilərik”, – deyə amerikalı rəsmi bildirib.