Rusiya: Qərbin liderliyi sabun köpüyüdür

Koronavirus pandemiyası göstərdi ki, Qərb öz-özünü xilas edə bilməz.

Zafer Tv xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, Qərbin dünya liderliyinə iddiasının sabun köpüyü olduğunu bildirib:

“Bizə uzun illər öyrədilən Qərbin liderlikdəki rolunun sabun köpüyü olduğu ortaya çıxdı. ABŞ və AB öz-özünü xilas etmək vəziyyətində deyil”. /axar.az/